Bəxtiyar Vahabzadə – Heyif [Şiir]

Heyif o gözlərə o baxışlara,
Özgə birisinə baxacaq həmən.
Heyif o ilahi qövsi qaşlara,
Sınacaq kədərli düşüncələrdən.
Heyif o alovlu ötən çağlara,
Uçan yad budağa tez qonacaqdır.
Heyif gülə bənzər o dodaqlara,
Özgə bir dodağa toxunacaqdır.
Gülüm heyif sənə yazıqlar mənə,
Qoruya bilmədim məhəbbətimi.
Özüm bilə-bilə verirəm yenə,
Özgə birisinə səadətimi.
– Bəxtiyar Vahabzadə | Heyif
![Bəxtiyar Vahabzadə - Ömür [Şiir] Bahtiyar Vahapzade](/wp-content/uploads/2020/10/Bahtiyar-Vahapzade-220x150.jpg)
![Bəxtiyar Vahabzadə - Larisaya [Şiir] Bahtiyar Vahapzade Fotoğrafı](/wp-content/uploads/2021/02/Bahtiyar-Vahapzade-Fotografi-220x150.png)
![Bəxtiyar Vahabzadə - Həyat Sən Nə Şirinsən?! [Şiir] Bəxtiyar Vahabzadə](/wp-content/uploads/2020/10/Bəxtiyar-Vahabzadə-220x150.jpg)
![Bəxtiyar Vahabzadə - Yaşamaq İstəyirəm [Şiir] Bahtiyar Vahapzade](/wp-content/uploads/2020/10/Bahtiyar-Vahapzade-220x150.png)
![Ziya Gökalp - Kızıl Elma [Şiir] Ziya Gökalp Foto](/wp-content/uploads/2021/06/Ziya-Gokalp-Foto-220x150.jpg)




Güzel şiir